
Bu mənim Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ilk səfərimdir. Bura gəlib mənzərəni yerində görmək əyani təsəvvür yaradır. Təbii ki, işğaldan azad olunan ərazilərdə, Cəbrayılda gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, gələcəkdə Britaniya şirkətləri burada turizm, kənd təsərrüfatı, bərpaolunan enerji sahəsinə yatırım edə bilər. Məsələn, gördüyünüz kimi, burada hava günəşlidir. Gələcəkdə bu yerlərdə günəş elektrik stansiyası qurula bilər. Lakin bütün bunlar hələ qabaqdadır və bu ərazilərin bərpası uzun bir prosesdir. Hələ ərazilər minalardan təmizlənməlidir”, – deyə səfir əlavə edib.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









