Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
İ.Axundovun sözlərinə görə, onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir. Dövlət Komissiyası bu işdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. İki qurumun əsir və itkin düşmüş şəxslərin siyahısındakı fərqi 75-ə endirilib. Halbuki bu rəqəm 2015-ci ildə 350 nəfərdən yuxarı idi.
İşçi qrupunun rəhbəri qeyd edib ki, bu günə kimi 1550 nəfər itkin düşmüş şəxslərin 4119-nun ailə üzvündən bioloji nümunələr götürülüb: “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Xatırladım ki, Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri aşkarlanıb. Onlardan 185-nin GPS koordinatları çıxarılıb”.

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









