Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin, həmişəyaşıl ağacların yuyulması həyata keçirilib, yeni ağaclar, kollar əkilib, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən bu il üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 550 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









