Cari ilin yanvar-oktyabr aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276,8 milyon dollar) birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla bildirir ki, bu siyahıda pomidor (tomat) (159,8 milyon dollar) ikinci, karbamid (153 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Bu ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (38,9 milyon dollar) birinci olub. Bu siyahıda xurma (32,7 milyon dollar) ikinci, meşə fındığı (23,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin on ayında Rusiya Federasiyasına 968,9 milyon dollar, Türkiyəyə 486,3 milyon dollar, İsveçrəyə 288,3 milyon dollar, Gürcüstana 273,6 milyon dollar, Ukraynaya isə 171,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin oktyabr ayında Rusiya Federasiyasına 90 milyon dollar, Türkiyəyə 50,6 milyon dollar, İsveçrə 40,6 milyon dollar, Gürcüstan 28,8 milyon dollar, Ukrayna isə 24,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








