Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, texniki-iqtisadi əsaslandırma hazırdır, müqavilə öhdəlikləri imzalanıb, layihənin yekun maliyyə qərarının (FID) bu il verilməsi gözlənilir.
“Ərazinin minalardan təmizlənmə prosesi başa çatıb. Sertifikasiya olandan və kontraktlar bağlanandan sonra avadanlıqlar seçiləcək. Bunlardan sonra müddət də müəyyən olunacaq”,- deyə B.Aslanbəyli bildirib.
Qeyd edək ki, COP çərçivəsində icrasına təkan verilən Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









