Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 2 milyard 562,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,8 faizi qədər profisit yaranıb.