İşğaldan azad edilmiş ərazilərdə tikilən təhsil müəssisələrinin bir qismi bu il istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev “Təhsil masası”nda deyib. Onun sözlərinə görə, Suqovuşanda tikilən kənd məktəbi artıq açılışa hazırdır: “Həmçinin Şuşada 960 yerlik, Ağdamda 1 nömrəli 960 yerlik, Kəlbəcərdə 960 yerlik orta məktəblərin bu ilin sentyabr ayında istifadəyə verilməsi gözlənilir. Özbəkistan tərəfindən Füzulidə, yerli sponsor tərəfindən isə Cəbrayılda 960 yerlik orta məktəbin tikintisi aparılır. Bunlarla yanaşı, Füzulidə 960 yerlik peşə məktəbinin tikintisi yekunlaşmaq üzrədir. Şuşa Real məktəbinin layihələndirmə işləri isə davam etməkdədir”.
Fərhan Əliyev qeyd edib ki, Laçının Zabux kənd məktəbinin təmirinə başlanılıb, sentyabrda təhvil veriləcək.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









