
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı və “AYİD – Gənclərin İnkişafına və İnteqrasiyası Assosiasiyası”nın ev sahibliyi ilə Budapeştdə “Youth Perspectives on the Realities of Western Azerbaijan” mövzusunda beynəlxalq seminar keçirib.
AZƏRTAC xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində müzakirəsi, avropalı gənclərin diqqətinin Qərbi Azərbaycan həqiqətlərinə yönəldilməsi və yeni əməkdaşlıq imkanlarının təşviqi olub. Tədbir Avropada yaşayan əcnəbi gənclərin fəal iştirakı ilə baş tutub.
Seminarın moderatoru AYİD-in sədri Fərqanə Bayramlı olub. O, gənclərin Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığının artırılmasının, onların beynəlxalq müzakirələrə cəlb edilməsinin və tarixi ədalətin bərpasına yönəlmiş təşəbbüslərdə iştirakının vacibliyini vurğulayıb.
Köln, Varşava və Budapeştdə keçirilən tədbirlər göstərib ki, avropalı gənclər, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclər mövzuya böyük maraq göstərir və bu prosesdə fəal şəkildə iştirak etməyə hazırdırlar.
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı gələcəkdə də Qərbi Azərbaycan mövzusunda maarifləndirici layihələr həyata keçirməyi planlaşdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









