Fotoqraf: Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Slavyan Universitetini, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda Reuters xəbər agentliyinin fotomüxbiri olaraq işləyib. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkib. Xalid Əsgərov hazırda Kanadada yaşayır.
Fotolar Azərbaycan Fotoqrafları Birliyinin Arxivindəndir
Ağdərə 1992
Füzuli 1992Füzuli 1992Laçın – Qubadlı bölgəsi 1992Qadın batalyonu, Bakı 1992Qadın batalyonu, Bakı 1992Laçının işğalından sonra, 1992Şəhidlər Xiyabanı, növbəti şəhidlərin dəfni və yaylım atəşi 1992
Beyləqan- Füzuli bölgəsi, Laçın batalyonu, 1993Beyləqan- Füzuli bölgəsi, 1993Füzuli 1993Beyləqan- Füzuli bölgəsi, 1993Ağdam cəbhəsində 1993Ağdam cəbhəsində 1993Ağdam- Ağdərə cəbhəsi 1993Laçın batalyonu, 1993Laçın batalyonu, 1993Laçın batalyonu, batalyon komandiri Muxtar Həşimov ortada 1993Qubadlı batalyonu komandir müavini Vahid Salmanov (sağda), 1993Qubadlı cəbhəsi 1993Qubadlı cəbhəsi 1993Gənc əsgərGənc əsgərlərCəbhədən-cəbhəyə
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 kilometr məsafədə, Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Qobustan relyefinin özünəməxsusluğu, təbii sığınacaqların çoxluğu və əlverişli iqlim şəraiti qədim dövrlərdə burada insanların məskunlaşmasına şərait yaradıb, bu da arxeoloji materialların zənginliyini şərtləndirib.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…