Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 111 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri iyulun 29-da və 30-da gecə Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vazaşen, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəm, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar, Sarıcalı, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









