
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması istiqamətində tədbirlər davam etdirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə 2010-cu ildən həyata keçirilən “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Şirvan Milli Parkından götürülən 7 baş ceyran Cəbrayıl rayonu ərazisində öz tarixi arealına buraxılıb.
Xidmət rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində bu günədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









