
Böyük Qayıdışın ünvanlarından olan Cəbrayıl şəhərində də həyat öz axarına qayıdıb, doğma sakinlərinə qucaq açan şəhər əsl sakinlərinin sevgisi ilə əhatə olunub. Günü-gündən gözəlləşən şəhərdə sakinlər ətraf mühitin qorunması və təmizliyin saxlanılması üçün öz zəhmətlərini əsirgəmirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib. Yazın gəlişi ilə əlaqədar “Çinar” kəhrizinin ətrafında və yaşayış binalarının ərazisində aparılan təmizlik işləri zamanı ağaclar budanıb, tullantılar toplanıb, digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyada ərazidə fəaliyyət göstərən yerli qurumların əməkdaşları ilə bərabər, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin müəllim və şagird heyəti də iştirak edib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









