
Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib, ANAMA əməkdaşı həlak olub.
AZƏRTAC Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iyunun 21-də sursat partlayışı hadisəsi baş verib.
Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









