Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb. Burada aparılan tikinti işlərində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.
Bu barədə AZƏRTAC-a Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Xudafərin qəsəbəsinin konseptual layihəsinin bir hissəsini təqdim edirik.