Tarixi faktları saxtalaşdıran, öz müqəddəratını təyinetmə hüququnu manipulyasiya mövzusuna çevirən ermənilər daim terrorizmdən istifadə edir, terrorçuları isə milli-azadlıq müharibəsinin qəhrəmanları, xalq qisasçıları adlandırırlar. Erməni terrorçuları özgə torpaqlarını mənimsəməyə nail olur, başqa xalqları, eləcə də özgə cür düşünən erməniləri sıxışdırır və məhv edir, onların murdar işlərini dəstəkləməyənlərdə qorxu hissi yaradırlar.
Üç il ərzində (1890-1892) “Qnçak” erməni təşkilatı Zeytun və Sasunda (Türkiyə) qanlı çaxnaşmalar törədərək, 65 min silahsız türk və kürdü qətlə yetirib. 1894-cü ilin noyabrında bu təşkilat Adana (Türkiyə) şəhərində və onun yaxınlığındakı kəndlərdə, Maraş (Türkiyə) şəhərində və onun ətrafında dinc müsəlmanları qırıb. Eyni zamanda Kayseri (Türkiyə) şəhəri və onun ətrafındakı kəndlər “Qnçak” erməni təşkilatının terroruna məruz qalıb. İlhamlanmış “Qnçak” 1895-ci ilin oktyabrından 1896-cı ilin yanvarınadək Zeytun şəhərində öz əməllərinin arealını genişləndirir. Kafavyan, Ambarsum Volcan və Miqran Damadyanın rəhbərliyi ilə “Qnçak”ın 2000 tərəfdaşı türk və kürdləri zorla öz evlərindən qovurlar. Erməni alimi C.Libaridyanın hesablamalarına görə, erməni terrorçuları üz il ərzində (1904-1906) 105 “siyasi qətl” icra ediblər: bunlardan 56-sı erməni, 32-su rus, türk, azərbaycanlı məmur və zabitlərə qarşı edilmişdi.
1904-cü ilin sentyabrında şantaj və xəbərdarlıq məqsədilə Bakı şəhərində erməni terrorçuları tərəfindən onlarla azərbaycanlı öldürülmüşdü. Mixaylov şəhər xəstəxanasının qorunub saxlanan arxiv sənədlərinə görə, 6 fevral 1905-ci ildə bu müəssisədə 18 meyit, 33 yaralı olub ki, bunların da 34 nəfəri azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i isə başqa xalqların nümayəndələri olub. Növbəti günlər rəqəmlər artıq yüzlərlə hesablanırdı. Bakı və İrəvan şəhərlərindən sonra digər şəhərlərdə də terror aksiyaları keçirilir: Tiflisdə (21 noyabr 1905), Gəncədə (15018 noyabr 1905), Naxçıvanda (may 1905), Zəngəzurda, Şuşada və s. 1905-1906-cı illərdə yalnız Qarabağda yüzlərlə azərbaycanlı kəndi məhv edilmişdi.
Erməni terror təşkilatları tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti öz miqyası ilə heyrət doğurur. D.Malevilin hesablamalarına görə, ermənilərin Şimali Anadoluda 1915-ci ildə qətlə yetirdikləri dinc müsəlmanların sayı 1 milyon 600 minə çatmışdı. C. və K.Makkartlilərin tədqiqatına görə, XX əsrin əvvəllərindəki qanlı hadisələrin gedişində 2,5 milyon müsəlman öldürülüb. Əgər bura ermənilərin Azərbaycanda qətlə yetirdikləri 400 min və Gürcüstanda öldürdükləri on minlərlə müsəlmanı da əlavə etsək həqiqətən də dəhşətli rəqəmlər ala bilərik.
İradə Nuriyevanın “Azərbaycan və Türkiyədə ermənilərin törətdikləri soyqırım” (http://jurnal.org) məqaləsi əsasında Gündüz Nəsibov hazırladı