HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Son sutkada Azərbaycanda koronovirusdan ölüm halı qeydə alınmayıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.

Yaşar Əliyev: Ermənistan Azərbaycan ərazisində yeni minalar yerləşdirməklə təcavüzkar siyasətini davam etdirir

Ermənistan tərəfindən anti-Azərbaycan siyasətin davam etdirilməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsi təqdim edilib.

Qarabağ əlilliyi olan şəxslərin rəngli dünyasında

Bakı Dəmiryol Vağzalında 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, dekabrın 1-3-də baş tutan “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.