HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub

Gəncədə Yəhudi dini icmasının təşkilatçılığı ilə Pesax bayramına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb.

Bu gün 51 mindən çox şagirdin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verməsi nəzərdə tutulur

Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.