HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilib

Noyabrın 18-də Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.