HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il ötür

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 30 il ötür.

AZƏRTAC xəbər verir ki, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir

Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli” xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində “Yuxarı Gövhərağa məscidi: dünən və bu gün” adlı sənədli filmin çəkilişi üçün hazırlıq işlərinə başlanılıb.

Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib

“Azərkitab” Kitab Mərkəzinin Quba filialında görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, “Əhməd Cavad” mükafatı laureatı, şair Ramiz Qusarçaylı çıxış edərək Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb. O, Ə.Pəhləvanın həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda, ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Şimali Kipr Türk Respublikası dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

V İslamiada: Azərbaycan medal sıralamasında yenidən dördüncü pilləyə yüksəlib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının doqquzuncu gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir.

AZƏRTAC xəbər verir ki, avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 60 qızıl, 59 gümüş və 50 bürünc medal qazanıblar. İlk üçlükdə İran (27-23-23) və Özbəkistan (20-17-26) qərarlaşıb.