Bu gün Azərbaycan təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında 11 idman növündə güclərini sınayacaqlar

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 14-də Azərbaycan təmsilçiləri 11 idman növündə güclərini sınayacaqlar.
Ağırlıqqaldırma yarışlarında Elnurə Abbasova (71 kq), Anastasiya Mum (76 kq) və Kamran İsmayılov (89 kq) körpücük üzərinə çıxacaqlar.