HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Gələn il Azərbaycan və Özbəkistan arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt arasında görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə türk tarixi və mədəniyyətinin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi, təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib

Noyabrın 13-də Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, əklil qoyulub, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.