HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Kolinda Qrabar-Kitaroviç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada sülh və sabitliyin bərpası üçün önəmli layihələr həyata keçirir

Dünyanın tanınmış siyasi liderləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyi ilə bağlı öz təbriklərini çatdırıblar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təbrik edənlər arasında mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, İsrailin sabiq Baş nazirinin müavini xanım Tzipi Livni, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko kimi tanınmış siyasi liderlər yer alıb.