HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev: Xalqımız doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır

Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.

Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti – XRONOLOGİYA


Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti özündə müasir tariximizin bütöv bir epoxasını ehtiva edir. Bu dahi şəxsiyyət Azərbaycana bir-birindən tam fərqli iki dövrdə – keçmiş SSRİ dönəmində (1969-1982) və dövlət müstəqilliyimizin bərpasından sonrakı 10 ildə (1993-2003) rəhbərlik edib. Heydər Əliyev Azərbaycan intibahının müəllifi hesab olunur. 1969-cu ildə onun respublika rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi, o vaxtadək bütün sahələrdə hökm sürən durğunluq və ətalət dirçəliş və canlanma ilə əvəzləndi. İntibaha aparan yolun başlanğıcı qoyuldu.

İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirak etdiyi tədbirdə TDT-nin gündəliyində duran prioritet məsələlərlə yanaşı, bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunacaq.