HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni könüllülük proqramına start verib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ölkədə könüllülük hərəkatını inkişaf etdirmək üçün 2022-2023-cü illər üçün könüllülük proqramına start verib. Məqsəd gənclərin potensialından səmərəli istifadə edilməsi, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılması, onlara peşə vərdişlərinin aşılanması, təcrübi biliklərini artırılması və onların innovativ potensialını üzə çıxarılmasıdır.

Ceyhun Bayramov: Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz

Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin.

Ceyhun Bayramov: Mina sahələrinin xəritələrinin əldə edilməsində BMT-nin davamlı dəstəyi zəruridir

İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Şəhidlərin xatirəsinə həsr olunan veloyürüşə start verilib

Sentyabrın 24-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin veloyürüşü təşkil edilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsinə həsr olunan veloyürüşdən əvvəl İkinci Fəxri xiyabanda Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarları ziyarət olunub, onların məzarları önünə gül dəstələri düzülüb.