HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Nyu-Yorkda Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib

Sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.

ABŞ-ın Oklahoma ştatının qubernatoru Azərbaycan Ordusu ilə tərəfdaşlıq barədə bəyannamə imzalayıb

ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Oklahomanın Milli Qvardiyası ilə Azərbaycan Ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bəyannamədə Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etməsi, Amerika Birləşmiş Ştatları və Oklahoma ştatı ilə əməkdaşlığın genişlənməsi qeyd olunur.

“Laçın” Qovşaq Yarımstansiyasının təməli qoyulub. Prezident İlham Əliyev tədbirdə iştirak edib

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu.