HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Little YARAT” proqramı çərçivəsində ustad dərsləri davam edir

“Little YARAT” proqramı çərçivəsində növbəti ustad dərsində uşaqlar rəsm, “Nano art” və keramika üzrə ustad dərslərində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Özümü belə görürəm” rəsm dərsi zamanı iştirakçılar boyalardan istifadə etməklə akvarel kağızı üzərində avtoportret yaradıb, bu portretə rəngli kağızdan paltar və baş örtüyü əlavə ediblər.

Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Muradov Fuad Rauf oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu.

Qarabağda tarixi abidələrimizin dağıdılması kompensasiya tələbi yaradır

Kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reyestri verilir. Göründüyü kimi, 44 rəqəmi millətimiz üçün fərqli ruh yaradaraq keçmişimizə münasibəti dəyişir, yüzillliklər əvvələ gedərək tarixin silinmiş səhifələrindən qurucu kimliyimizi görməyə imkan verir.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

İyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

Bulat Auelbaev: Azərbaycan Zəfəri ilə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırdı

İlk dəfədir Şuşada oluram və bu şəhərin timsalında özüm üçün bir yenilik kəşf etdim. Şuşa tarixi şəhər olmaqla bərabər möcüzəli məkandır və ona heyran qalmamaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında iştirak edən Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi Bulat Auelbaev jurnalistlərə müsahibəsində söyləyib.