Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir

Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında dövlət sərhəd-buraxılış məntəqələri barədə saziş var. Biz bunu yüksək dəyərləndiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib.