Azərbaycanda sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 25-28° isti, Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.