HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Parisdə ölkəmizin mədəniyyəti təbliğ olunub

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu”nda təmsil edib.

AZƏRTAC xəbər verir ki, ənənəvi “Assosiasiyalar forumu” adlı mədəniyyət tədbiri Parisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda təşkil olunub. Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən stendlər qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.