
Azərbaycan Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin olunması münasibətilə xanım Elizabet Trassa təbrik məktubu göndərib.
Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf edib, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənib.
Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Ruanda Respublikasının müdafiə naziri general-mayor Murasira Albert ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.