HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Ordusunda idarəetmə müasir rəqəmsal rabitə vasitələri ilə həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri başlayıb

Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin avqustun 27-də Qarabağa, o cümlədən Füzuli və Şuşaya səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, xarici diplomatlar əvvəlcə Bakı şəhərindən təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər.