Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.
2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunacaq kubok fərqli dizaynı ilə seçilir.
AZƏRTAC xəbər verir ki, zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovuşması və “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə əvvəlcə Formula 2 pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.