HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

İstanbulda “Şuşa ili”nə həsr olunmuş konsert təşkil edilib

İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs- 2022 Şuşa ili” adlı təntənəli konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Gənclərin İdman Festivalı keçirilib

İyunun 5-də Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Gənclərin İdman Festivalı keçirilib.

AZƏRTAC verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Azərbaycan XİN Avropa İdarəsinin rəis müavini Ruslan Rzayev, Azərbaycan – Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev çıxış ediblər.

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Fərrux Hüseynov, Rəvan Məlikov, Elnur Abışov, Fərid Məmmədov və Murad Yunusovun xatirəsinə həsr olunan anım mərasimində nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

İnstitutun Elmi Şurasının qərarı ilə professor Hidayət Cəfərovun rus dilində “Курганы древних правителей Карабаха” (“Qarabağın qədim hökmdar kurqanları”) adlı kitabı çapdan çıxıb

Bu günlərdə “Elm” nəşriyyatında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının qərarı ilə professor Hidayət Cəfərovun rus dilində “Курганы древних правителей Карабаха” (“Qarabağın qədim hökmdar kurqanları”) adlı kitabı çapdan çıxıb. Kitabda müəllif tərəfindən Qarabağ ərazisində 1982, 1985, 1986-ci illərdə tədqiq edilmiş möhtəşəm dəfn abidələri olan Borsunlu (e.ə XIV-XIII əsrlər), Sarıçoban (e.ə. XII-XI əsrlər), Bəyimsarov (e.ə X-IX əsrlər) kurqanlarında aparılan arxeoloji tədqiqatların nəticələri işıqlandırılır. Sinifli cəmiyyətin meydana çıxdığı dövrdə bir neçə tayfanı birləşdirən güclü, iri tayfa ittifaqları yaranmış və bunun nəticəsi kimi hakimiyyətin bütün qolları bir şəxsin əlində cəmlənmişdi. Bəzi mütləq hökmdarlar geniş ərazilərə nəzarət edir, hakimiyyətləri dövründə böyük etnik-mədəni birlikləri öz nəzarəti altında saxlaya bilmişdilər. 


Kitab arxeoloq, etnoqraf, tarixçi, digər elm adamları və tələbələr üçün nəzərdə tutulmuşdur.


https://arxeologiya.az/az/index.php?newsid=43

Bu gün 17 minə yaxın abituriyent qəbul imtahanı verir


İyunun 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunan imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.