HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) irimiqyaslı layihələrindən biri olan “Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən DİDK-nin sədr müavini Elşad Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Möhtəşəm layihəyə təşkilati və tərəfdaşlıq dəstəyi göstərən təşkilatlara minnətdarlıq ifadə edilib.

MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil edilib, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Azərtac