HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ÜMT: növbəti səkkiz il ərzində elektrik enerjisinin təmiz mənbələrdən istehsalı ikiqat artmalıdır

Əlverişli, müasir və bərpa olunan enerji mənbələrinə çıxışın təmin edilməsi dünyada enerji təhlükəsizliyinin artırılması ilə yanaşı, həm də sürətli qlobal istiləşməni dayandırmağa imkan verəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni məruzəsində deyilir. Onun müəllifləri güman edirlər ki, iqlim dəyişməsinin ən neqativ təsirlərinin qarşısının alınması üçün növbəti səkkiz il ərzində təmiz mənbələrdən elektrik enerjisinin istehsalını ikiqat artırmaq lazımdır.

Prezident İlham Əliyev Astanada AQEM-in Zirvə Toplantısının iştirakçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Oktyabrın 13-də Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.