HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Yaşar Sadıqov, Elşad Həsənov, Vüqar Nəcəfov, Həsənağa Abdullazadə, Vüqar Babayev və İmran Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

XİN: Ermənistandan hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in hərbi cinayətlərlə bağlı bəyanatını şərh edib.

AZƏRTAC XİN-in Mətbuat xidməti idarəsinə istinadla şərhi təqdim edir: “Ermənistan XİN-in 2022-ci il 2 oktyabr tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.