HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu dedi.

Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov tədbirin keçirildiyi məkana baş çəkib, burada yerləşən Azərbaycan pavilyonunu ziyarət ediblər.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.