Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 469 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 469 yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 469 yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil edilib, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində “Qarabağın inkişaf strategiyası” mövzusunda panel iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədrinin müavini Elşad Əliyevin moderatorluğu ilə aparılan panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdir müavini Vüsal Qarayev, Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin rəhbəri Şərifə Həsənova çıxış ediblər.

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 452 yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanlı qardaşlarımızın şəhid olmasına səbəb olan hücumu qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın orada əksini tapan öhdəliklərini tezliklə yerinə yetirməsi vacibdir.