Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 68 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin və SOCAR-ın birgə təşkilatçılığı ilə iyulun 18-də nümayəndələrinin Neft Daşlarına səfəri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfər ölkəmizin çap və elektron kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün maraqlı və zəngin proqramla yadda qalıb.

AMEA Elm Tarixi İnstitutunun əməkdaşları Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşaya səfər ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, Bülbülün ev-muzeyi və bir sıra tarixi-mədəni abidələr, həmçinin Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artıb.

2021-2022-ci tədris ilində 500-ə yaxın ümumtəhsil müəssisəsində summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunub.
Bu Barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə ötən tədris ilinin I yarımilində seçilmiş 40 ümumi təhsil müəssisəsinin V, VI, VII və VIII siniflərində tədris dili, riyaziyyat və xarici dil fənləri olmaqla böyük summativ qiymətləndirmə rəqəmsal formada keçirilib. I yarımildə qiymətləndirmə prosesində seçilmiş müəssisələr üzrə 16 min 489 şagird iştirak edib.

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 190 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.