HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıdan yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb

Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası avtobus marşrutu istifadəyə verilib. Artıq marşrut üzrə ilk avtobus erməni işğalından azad olunan Füzuliyə çatıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm. Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur. Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram”.