HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ANAMA-nın əməkdaşı minaya düşüb

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidən (ANAMA) məlumat verilib. Bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb

“Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və etdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”.

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 5-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonuna çatıb.

Marşal İrs İnstitutu: ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq

“Biz Marşal İrs İnstitutu olaraq minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında institutun icraçı direktoru Elis Bekker deyib. O bildirib ki, iki qurum arasında əməkdaşlıqdan 20 il keçir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda minaların aşkarlanmasının sürətləndirilməsinə kömək etmək üçün yüksək səviyyəli işlər görən 93 təlim keçmiş minaaxtaran itlərin bağışlanıb. Onun sözlərinə görə, ANAMA bu itləri çox yaxşı idarə edib.