HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Yaxın günlərdə hava əsasən yağmursuz olacaq

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var.

Əhliman Əmiraslanov: Azərbaycan qlobal dialoq məkanına çevrilib

Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Belə ki, ölkəmizdə beynəlxalq idman yarışları, mədəniyyət tədbirləri, konfranslar ən yüksək səviyyədə təşkil olunur. Əlbəttə, dövlətimizin beynəlxalq nüfuzu, ölkəmizdəki siyasi mühit, sabitlik və təhlükəsiz şərait belə tədbirlərin keçirilməsi üçün başlıca amillərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.