
İyunun 14-də ADA Universitetində “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib, ölkəmizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri müzakirə edilib.

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Ağstafada Neolit dövrünə aid “Çağrıtəpə” abidəsində 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılır. Burada üst qat götürülərək növbəti mərhələyə qədəm qoyulacaq.