Rəşadətli Qələbə mənəvi dəyərlərin yüksəlişi və milli birliyin Zəfər rəmzidir
Azərbaycan 44 günlük savaş nəticəsində bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, digər tərəfdən “yenilməz Ermənistan ordusu”nu darmadağın edərək erməni faşizminin əsas sütunu sayılan hərbi birləşmələrinə sarsıdıcı zərbə vurdu. Yüz ildən artıq zaman kəsiyində formalaşdırılan saxta döyüşkənlik mifi kökündən məhv oldu.