Prezident Rəcəb Tayyib Ərdoğan: İğdırdan Azərbaycana yol çəkəcəyik
Hazırda atdığımız addımlar əsasında biz İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox əhəmiyyətli bir addım olacaq.
Hazırda atdığımız addımlar əsasında biz İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox əhəmiyyətli bir addım olacaq.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Azərbaycan xalqının tarixi yaddaşına beş min illik dövlətçilik şüuru hakimdir. Bu səbəbdən də tarixin müxtəlif dönəmində işğalçılara qarşı döyüş və müharibələrdə əzmi, əyilməzliyi sayəsində bir millətin qəhrəmanlıq irsi çırağını yandırmağa müvəffəq olub. Azərbaycan dövlətinin və xalqının böyük qəhrəmanlıq və qibtəedici şücaət tarixi isə 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəsi ilə yazıldı.
Azərbaycan-Ukrayna İşgüzar Şurası Ukrayna şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası layihələrinə cəlb olunması istiqamətində işlər aparır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.