HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, may ayının 19-dan 20-dək bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, bəzi çaylarda sululuğun artacağı, sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Azərbaycanda “Araz-2025” birgə təlimi keçirilir

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

18 May – Beynəlxalq Muzeylər Günüdür

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” devizi seçilib.