HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Həqiqətin onomastikası” adlı nəşr indiki Ermənistan ərazisində tarixi-coğrafi adların saxtalaşdırılmasından bəhs edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında tərtib olunan “Həqiqətin onomastikası” adlı nəşr oxucuların istifadəsinə verilib. Kitabın ideya müəllifi akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, müəllifləri isə filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

“IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  avqustun 17-də  Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.