HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində

Vətən müharibəsində qazanılmış Zəfərinin 5-ci ildönümü qeyd etdiyimiz bu günlərdə ölkəmizin Çindəki səfirliyində Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş ehtiyatda olan polkovnik-leytenant Vüqar Abduləzimov ilə Çində təhsil alan azərbaycanlı tələbələrin bir qrupu arasında görüş olub.

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib

Türkiyədə tanınmış jurnalist və media meneceri Mixail Qusmana beynəlxalq media mükafatı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi noyabrın 8-də Türkiyənin Alanya şəhərində keçirilib. Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman media mükafatını Mixail Qusmana təqdim edib.

Göyçayda Nar bayramı keçirilib

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” keçirilib.

Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq

Bakıda noyabrın 8-də açılışı olan Zəfər muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə noyabrın 9-11-də ödənişsiz qaydada tanış ola bilər.