
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər qazanılıb. Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə qarşı çoxsaylı təxribatlara əl atıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.