Prezidentin Mətbuat Xidmətinin məlumatı
Mayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Mayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası mayın 25-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.
22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Həllin bir parçasıyıq #TəbiətÜçün”dür.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 769 nəfər müalicə olunaraq sağalıb, 406 yeni yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edib.